Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97032
az

Rus  səfirliyi vətəndaşlıq üçün müraciətlərin qəbulunu müvəqqəti dayandırıb

15:5226 Oktyabr, 2023
74
DÜNYA
  • A

Rusiyanın Özbəkistandakı səfirliyi vətəndaşlıq üçün müraciətlərin qəbulunu müvəqqəti dayandırıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə diplomatik nümayəndəliyin Telegram kanalı məlumat yayıb.

 

“Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərin qəbulu (vətəndaşlığın olub-olmamasının yoxlanılması ilə bağlı müraciətlər istisna olmaqla) vətəndaşlıq məsələlərinə baxılması qaydası haqqında Əsasnamə qəbul olunanadək dayandırılır”, - deyə məlumatda bildirilir.

 

Bundan əvvəl daxili işlər naziri Vladimir Kolokoltsev Daxili İşlər Nazirliyinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə həsr olunmuş kollegiya iclasında bildirib ki, miqrantlar Rusiyada qalmaq üçün müxtəlif sxem və üsullardan istifadə edirlər.

 

Onun sözlərinə görə, əcnəbilər uydurma nikahlara girir, rus dilini bilmək üçün saxta imtahanlar verir, həmçinin təhsil almaq üçün dəvətnamələr çap edirlər.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litvada  Rusiyaya daşınan iki Tesla Cybertruck saxlanılıb
Britaniya NATO təlimləri üçün avtomobil hissələri hazırladı
Scholz ukraynalı qaçqınlardan işə getmələrini xahiş edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər