Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97015
az

Bayden İsrailə HƏMAS-a hücum etmək üçün lazım olan hər şeyi  verəcəyini vəd etdi

22:3825 Oktyabr, 2023
106
DÜNYA
  • A

Oxu24.com  xəbər verir ki, ABŞ prezidenti Co Bayden Avstraliyanın baş naziri Entoni Albanese ilə Ağ Evdə danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Birləşmiş Ştatlar Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarını cəzalandırmaq üçün İsrailə lazım olan hər şeydə kömək edəcəyinə zəmanət verir. 

Onun sözlərinə görə, İsrail öz xalqına qarşı hücumlara cavab vermək hüququ və öhdəliyinə malikdir.

"Və biz İsraili bu terrorçulardan müdafiə etmək üçün lazım olan hər şeyi təmin edəcəyik" ,-deyə o bildirib.

Amerika prezidenti həmçinin bildirib ki, Qəzza zolağına humanitar yardımın həcmi artırılmalıdır. Onun sözlərinə görə, ABŞ bunun üzərində çox işləyir.

Bundan əvvəl Bayden İsrailin baş naziri Benyamin Netanyahudan Qəzza zolağına davamlı humanitar yardım axınını təmin etməyi tələb edib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb