Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97012
az

Qırğızıstan İranın limanlarından istifadə etmək istəyir

21:5225 Oktyabr, 2023
110
DÜNYA
  • A

Qırğızıstan Nazirlər Şurasının sədri Aklikbek Japarov bəyan edib ki, onun dənizə çıxışı olmayan ölkəsi tranzit və nəqliyyat məqsədləri üçün İranın dəniz limanlarından istifadə etmək istəyir.

Oxu24.com xəbər verir  ki,Qırğızıstan hökumətindən verilən yazılı açıqlamaya görə, Aklikbek Caparov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin hökumət başçılarının sabah  keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana gələn İranın birinci vitse-prezidenti Məhəmməd Muhbir ilə görüşüb.

İranı ŞƏT-ə tamhüquqlu üzv qəbul etməsi münasibətilə təbrik edən Çaparov İranın təşkilatın potensialının və ŞƏT-ə üzv ölkələr arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Çaparov bildirib ki, dənizə çıxışı olmayan Qırğızıstan olaraq onlar İranın dəniz limanlarından tranzit və nəqliyyat məqsədləri üçün istifadə etmək istəyirlər.

Qırğızıstanın İrana bal ixrac etmək imkanının olduğunu xatırladan Çaparov, "İran bazarına lobya ixrac etmək üçün böyük potensialımız var. 2022-ci ildə lobya məhsulumuzun ümumi həcmi 78 min 276 tona çatdı",-deyə bildirib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR