Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96990
az

ABŞ İsrailin Qəzzada xəstəxananın atəşə tutulmasında iştirak etmədiyinə şübhə ilə yanaşır

18:3925 Oktyabr, 2023
107
DÜNYA
  • A

New York Times Qəzzadakı Əl-Əhli xəstəxanasına edilən hücumla bağlı öz araşdırmasını aparıb  və bəzi Amerika strukturları tərəfindən paylaşılan İsrailin rəsmi versiyasını tənqid edib.

 

Oxu24.com xəbər verir  ki,nəşrin jurnalistləri Qətərin “Əl-Cəzirə” kanalından çəkilmiş videoçarxın ətraflı vizual təhlilini aparıblar ki, bu, İsrailin xəstəxana partlayışında iştirak etməməsinin əsas sübutu və bu faciədə fələstinli yaraqlıları ittiham etməyə səbəb olub.

Araşdırmanın nəticələri göstərib ki, videodakı partlayış xəstəxanadan iki kilometr aralıda baş verib və ona heç bir ziyan vura bilməzdi.

“İsrail və Amerika kəşfiyyat agentliklərinin Fələstinin uğursuz raket buraxılışının günahkar olduğuna dair iddiası inandırıcı olaraq qalır. Lakin NYT-nin təhlili İsrail rəsmilərinin mövqelərini əsaslandırmaq üçün istifadə etdikləri ən çox açıqlanan sübutlardan birinə şübhə yaradır.

Oktyabrın 17-də axşam saatlarında Qəzzada Baptist xəstəxanasında baş verən partlayış 800-ə yaxın insanın həyatına son qoyub.

Bundan əvvəl Politico ABŞ kəşfiyyatının Qəzzada xəstəxanaya hücumda Fələstin yaraqlılarını günahlandırdığını yazmışdı.

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və İsrailin Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmağa qərar verib. Oktyabrın 13-də İsrail BMT-yə bildirib ki, Qəzzada quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinli 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməlidir.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb