Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96912
az

İspaniya Venesueladan bəzi sanksiyaların götürülməsini istəyir

23:1523 Oktyabr, 2023
94
DÜNYA
  • A

İspaniyanın xarici işlər naziri vəzifəsini icra edən Xose Manuel Albares Venesuelaya qarşı sanksiyalara yenidən baxılması təklifi ilə çıxış edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə   TASS Aİ Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

"Mən həmkarlarımla danışdım və ABŞ-ın bununla bağlı son qərarlarına uyğun olaraq və Venesuelalılar arasında dialoqun müsbət təkamülü nəzərə alınmaqla, Aİ-nin Venesuelaya qarşı sanksiyalarına yenidən baxılmasını təklif etdim", - Albares bildirib.

 

Krallığın xarici işlər naziri bildirib ki, onun həmkarı, Aİ diplomatiyasının rəhbəri Josep Borrell xahişlə razılaşıb və məsələni Avropa Birliyinin xarici işlər nazirlərinin növbəti iclasında baxılmaq üçün təqdim etməyi planlaşdırır.

 

Bundan əvvəl Venesuela Xarici İşlər Nazirliyi ABŞ-ın münasibətlərin yaxşılaşmasına qarşı müqavimət göstərdiyini qeyd etmişdi.

 

Xarici siyasət departamentinin rəhbəri İvan Pintonun sözlərinə görə, ABŞ hakimiyyəti bir neçə dəfə vəd etdiklərini yerinə yetirməyib. Pinto əlavə edib ki, neft-qaz sektorundan bütün gəlirlər Venesueladan alınıb və dövlət neft məhsullarının satışından əldə edilən valyuta gəlirlərinin 99%-ni itirib.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi