Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96819
az

Makron İsrailə gedir

22:1421 Oktyabr, 2023
56
DÜNYA
  • A

Fransa prezidenti Emmanuel Makron oktyabrın 24-də İsrailə gedə bilər.

Oxu24.com xəbər  verir  ki, bu barədə İsrailin i24News telekanalı məlumat yayıb.

“Makronun çərşənbə axşamı İsrailə gələcəyi gözlənilir”, - materialda deyilir.

Dövlət başçısının administrasiyası hələlik bu məlumatı təsdiqləməyib. İsrail tərəfi də Fransa liderinin ölkəyə mümkün səfəri ilə bağlı açıqlama verməyib.

Oktyabrın 20-də Emmanuel Makron Fələstinin HƏMAS hərəkatının girovluğunda olan respublika vətəndaşlarının yaxınları ilə görüşündən danışıb. Prezidentin sözlərinə görə, o, fransızlara xalqı azad etmək və evlərinə qaytarmaq üçün mümkün olan hər şeyi edəcəklərinə söz verib.

Oktyabrın 19-da Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailə gəlib. Sky News-un məlumatına görə, hökumət başçısı prezident İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşlər planlaşdırıb.

Həmin gün Almaniyanın müdafiə naziri Boris Pistorius İsrailə gəlib. Almaniyanın ZDF telekanalının məlumatına görə, departament rəhbərinin Təl-Əvivə səfərinin məqsədi iki dövlət arasında hərbi əməkdaşlıq üzrə danışıqlar aparmaq olub.

 

Müəllif:Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb