Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96818
az

Həmas nümayəndəsi girovların azad edilməsində Qətərin iştirakından danışıb

22:1121 Oktyabr, 2023
72
DÜNYA
  • A

Həmas sözçüsü Qazi Həməd BBC-yə müsahibəsində Qətərin ABŞ vətəndaşlarının əsirlikdən azad edilməsində böyük rol oynadığını bildirib.

Oxu24.com xəbər verir  ki,onun sözlərinə görə, Həmas girovları azad etməyə hazırdır, lakin bunun baş verməsi üçün əlverişli şərait olmalıdır. Xüsusilə, təcavüz dayandırılmalı və Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə verilməlidir.

“Qətərdəki qardaşlarımızla sıx əlaqəmiz var. Bir gün əvvəl iki girovun azad edilməsində onların böyük rolu olub”, - Həməd bildirib.

O, həmçinin bildirib ki, İsrailin quru əməliyyatı keçirəcəyi təqdirdə Qəzza tam cəhənnəmə çevriləcək. Onun sözlərinə görə, girovların aqibətinin nə olacağını bilmir və onların təhlükəsizliyinə zəmanət verə bilməz, çünki vəziyyət daha da mürəkkəbləşəcək.

İsrail hakimiyyətinin məlumatına görə, çoxu xarici ölkə vətəndaşları olan 203 nəfər HƏMAS-ın əsirliyindədir. Qrupun silahlı qanadının nümayəndəsi Əbu Ubeydə bildirib ki, hərəkat tərəfdarları arasında 200-250-yə yaxın girov var. Onlardan ən azı birinin Rusiya vətəndaşı olduğu məlumdur.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər