Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

XƏBƏR LENTİ

29 Aprel 2024
Mülkiyyət və əmlak məsələləri, problemin təsirində qalan uşaqlar: Vətəndaş nikahının mənfiləri - VİDEO
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
28 Aprel 2024
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı
Bahar taksi sürücülərinə səsləndi:
Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO
Bu qadın 8 ay hər gün kök suyu içdi və nəticə inanılmaz oldu!!!.
Yol polisi sürücülərə xəbərdarlıq etdi
BÜTÜN XƏBƏRLƏR
96726
az

İsrail BMT-dən üzr istəməsini tələb edib

22:3118 Oktyabr, 2023
264
DÜNYA
  • A

İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib.

Oxu24.com  xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilard Erdan çıxışı edərkən deyib.

“Çoxunuz siyasi səbəblərdən dolayı HƏMAS-ı terror təşkilatı kimi tanımaq istəmirsiniz. Bu, faktları dəyişmir: HƏMAS imkan olduqca şüurlu şəkildə mülki əhaliyə hücum edir, uşaqları öldürür. Bu səbəbdən HƏMAS İŞİD-dən fərqlənməyən terror təşkilatıdır. HƏMAS dialoqa inanmır, dialoq istəmir, siyasi həlldə maraqlı deyil; HƏMAS yalnız yəhudilərin yox edilməsi və yəhudi dövlətinin məhv edilməsinə inanır. Heç nə belə soyqırımı ideologiyasını dəyişə bilməz. HƏMAS heç beynəlxalq hüququn varlığını tanımır. Əgər “iki dövlət” çözümü və beynəlxalq hüquq haqqında danışırsınızsa, xərçəngin müalicəsinin yalnız bir həlli var – bu hər xərçəng hüceyrəsinin məhv edilməsidir: İŞİD və “Əl-Qaidə” ilə edildiyi kimi – tam zərərsizləşdirilmə”, - o qeyd edib.

Eyni zamanda, səfir HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumun soyqırımı cəhdi olduğunu vurğulayaraq, BMT TŞ-nin diqqət ayırmadığını bildirib:

“HƏMAS yəhudilərə qarşı daha bir soyqırımı törətmək istəyib, Təhlükəsizlik Şurası bu alçaq hücuma heç köklənmədi belə. Bu günədək heç ən sadə şeyi – Təhlükəsizlik Şurası olaraq, HƏMAS-ın terror hücumunu qınamayıbsınız <<…>> Təhlükəsizlik Şurası sadəcə humanitar yardım və humanitar dəhlizlərdən danışır. Bu, təbii ki, xoşniyyətli və vacib məqsədlərdir, lakin HƏMAS-ın növbəti kütləvi qırğınını qabaqlanması üçün həll deyil”.

Diplomat HƏMAS-ın öz xalqının arxasında gizlənərək İsrail şəhərlərini atəşə tutduğunu xatırladıb və BMT-nin bunu pisləmədiyini qeyd edib:

“HƏMAS seçkilərdə Qəzza xalqı tərəfindən seçilib <<...>> Sonra HƏMAS Qəzza zolağının hər qarışını döyüş maşına çevirib. Təhlükəsizlik Şurası harada idi? HƏMAS beynəlxalq yardımı insanların sıx məskunlaşdığı məhəllələrdə tunel tikməyə istifadə edir. Təhlükəsizlik Şurası harada idi? Susurdu. HƏMAS öz mülki əhalisinin arxasında gizlənərək İsrail şəhərlərinə minlərlə raketlər atırdı. Təhlükəsizlik Şurası harada idi? << ... >> HƏMAS-ın məqsədi Qəzzada mülki itkilərin sayını artırmaqdır: bu, ssenarinin parçasıdır. Onlar İsraili savaş meydanında yenə bilməyəcəklərini yaxşı bilirlər <<...>> Təhlükəsizlik Şurası HƏMAS-ın terror hücümlarını pisləmək yerinə humanitar dəhlizləri müzakirə edir. Başa düşmürsünüz ki, sakitlik, atəşkəsə çağırışlar necə gülməlidir? Bu, sadəcə güllə yarasına leykoplastır vurmaqdır. Humanitar yardımlar gələcək caniliyə əngəl olmayacaq, yeganə variant bu şeytani quruluşun zərərsizləşdirilməsidir”.

Yekunda Gilard Erdan BMT və Təhlükəsizlik Şurasının “bəzi” üzvlərindən üzr tələb edib:

“Biz üzr tələb edirik. BMT və bu Şuradakıların bəziləri İŞİD kimi terrorçuların yalanlarını dərhal qəbul edib və qanunun aliliyini tanıyan demokratiyanın açıq dəlillərini tanımaqdan imtina ediblər. Siz üzr istəməli, HƏMAS İsrail xəstəxanalarına raketlər atdığı zaman Şuranı heç vaxt çağırmadığınız üçün üzr istəməlisiniz. <<…>> HƏMAS Qəzzada nəzarətsiz döyüş maşını qurarkən, illərdir başınızı quma soxduğunuz üçün üzr istəyin”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var