Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96705
az

X-dəki rəsmi İsrail hesabları Qəzzada xəstəxanaya hücumun videosunu silib

16:3118 Oktyabr, 2023
105
DÜNYA
  • A

Oxu24.com xəbər verir ki,X sosial şəbəkəsində (keçmiş Twitter) İsrailin iki rəsmi hesabı Qəzza zolağından atılan raketin Qəzza şəhərindəki Əl-Əhli xəstəxanasında partlayışa səbəb olduğunu iddia edən videonu yayımlayıb, sonra isə silib.

Bu hadisə hadisə ətrafında çaşqınlığı daha da artırdı.

Bu barədə Amerikanın Newsweek jurnalı yazır.

Video İsrailin və İsrailin ABŞ-dakı səfiri və Maykl Hersoqun rəsmi hesablarında yerləşdirilib, lakin daha sonra “New York Times” qəzetinin jurnalisti Arik Toler videodakı vaxt möhürlərinə görə kadrların düzgünlüyünü mübahisələndirdikdən sonra yazılar silinib.

Jurnalistin sözlərinə görə, video partlayışdan ən azı 40 dəqiqə sonra qeydə alınıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmiləri kontr-admiral Daniel Hagari və podpolkovnik Conatan Konrikus bildiriblər ki, yayılan video İDF ilə deyil, İsrail Xarici İşlər Nazirliyi ilə əlaqəlidir.

"Mən əminəm ki, onlar məlumatın düzgünlüyündən və doğruluğundan narahatdırlar",deyə  Konrikus jurnalı bildirib.

Daha əvvəl İDF sözçüsü briqada generalı Daniel Hagari Qəzza zolağında xəstəxanaya birbaşa zərbənin olmadığını, ancaq yaxınlıqdakı dayanacağa dəydiyini bildirib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər