Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96699
az

Tramp  Co Baydeni HƏMAS və İranın yüksəlişində günahlandırıb

16:1318 Oktyabr, 2023
67
DÜNYA
  • A

Oxu24.com xəbər verir  ki,keçmiş prezident Donald Tramp “Newsweek” jurnalına yazdığı məqalədə Ağ Evin hazırkı rəhbəri Co Baydeni zəiflikdə və səriştəsizlikdə ittiham edib, onun fikrincə, bu, Fələstinin Həmas hərəkatının və İranın güclənməsinə səbəb olub.

Tramp Baydenin atdığı hər addımda ABŞ-ın bütün dünyada düşmənlərini gücləndirdiyini və onlara güvən verdiyini vurğulayıb.

“Bu, xüsusilə də HƏMAS terror qruplaşması və onların qatil sponsoru, İrandakı bədxah rejim üçün doğrudur”,- deyə o bildirib.

Məsələn, Tramp İranla Çinin yaxınlaşmasını, eləcə də İran iqtisadiyyatının güclənməsini qeyd edib. O, Tehranın gündə üç milyon bareldən çox neft hasil etdiyini vurğulayıb. Keçmiş Amerika liderinin fikrincə, ABŞ-ın hazırkı prezidenti yalnız bir şeyi yaxşı bacara bilər: ABŞ-ın hüquq sistemini siyasi rəqiblərinə qarşı səfərbər etmək.

Donald Tramp həmçinin bildirib ki, HƏMAS-ın İsrailə hücumu ABŞ-ın güclü prezidenti olanda dünyanın təhlükəsiz olduğunu göstərdi.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi