Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96658
az

Məktəb vuruldu : Ən azı 6 nəfər öldü

21:3117 Oktyabr, 2023
76
DÜNYA
  • A

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) mühasirədə olan Qəzzada köçkün fələstinlilərin sığındığı UNRWA məktəbinin atəşə tutulması nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb.

Oxu24.com xəbər verir  ki,UNRWA-nın baş komissarı Filip Lazzarini Agentliyin internet saytında verdiyi yazılı açıqlamada, İsrailin Qəzzanın mərkəzi bölgəsində minlərlə köçkünə ev sahibliyi edən əl-Magazi Qaçqınlar Düşərgəsindəki UNRWA-ya bağlı bir məktəbi hədəf aldığını bildirib.

İsrailin bombardmanı nəticəsində məktəbdə 6 nəfərin öldüyünü qeyd edən Lazzarini, aralarında UNRWA əməkdaşlarının da olduğu onlarla adamın yaralandığını bildirib.

Ölənlərin sayında artım ola bilər

Lazzarini məktəbdə ciddi maddi ziyanın olduğunu və ölənlərin sayının arta biləcəyini bildirib.

Sözügedən məktəbdə sığınacaq alan 4 min nəfərin olduğunu qeyd edən BMT rəsmisi, "Bu, utanc verici bir vəziyyətdir və bir daha göstərir ki, dinc əhalinin həyatına açıq şəkildə göz yumulur. "Artıq Qəzzada təhlükəsiz yer belə yoxdur. UNRWA obyektləri təhlükəsiz deyil." .

Digər tərəfdən, BMT-nin sözçüsü Stefan Dujarrik BMT-nin Nyu Yorkdakı binasında təşkil edilən mətbuat konfransında 7 oktyabrdan bəri Qəzzaya endirilən hava hücumları və bombardmanlar nəticəsində UNRWA-nın 24 obyektinin zərər gördüyünü bildirib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada  oğurluq etdiyinə görə saxlanılan amerikalı hərbçi günahını etiraf edib
ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı
Rusiya Ukraynada istənilən sülh təşəbbüslərini alqışlayır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb