Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96623
az

Zelenski ilə Finlandiya prezidenti arasında telefon danışığı olub

22:3016 Oktyabr, 2023
126
DÜNYA
  • A

Ukrayna prezidenti Vladimir Zelenski Finlandiya prezidenti Sauli Niiniste ilə telefon danışığı apardığını bildirib.

Oxu24.com xəbər verir  ki,bu barədə o, Telegram kanalında məlumat verib.

Zelenski vurğulayıb ki, söhbət zamanı o, Niinisti Finlandiyadan 19-cu müdafiə yardımı paketinə, eləcə də sülh düsturunun həyata keçirilməsində iştirakına görə təşəkkür edib.

Ukrayna prezidenti əlavə edib ki, o, finlandiyalı həmkarı ilə Yaxın Şərqdə təhlükəsizlik problemləri və Ukrayna döyüş meydanındakı vəziyyəti müzakirə edib.

Bundan əvvəl Brüsseldə Zelenski ilə Amerikanın müdafiə naziri Lloyd Ostin arasında danışıqlar aparılıb.

Görüş NATO-nun mənzil-qərargahında baş tutub. Kadrlardan görünür ki, dövlət başçısını binanın girişində Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq qarşılayıb. O, Ukrayna liderini içəri aparıb və orada təşkilatın digər üzvləri tərəfindən alqışlarla qarşılanıb.

Bundan sonra Kiyev və Vaşinqton nümayəndələri arasında danışıqlar başlayıb. Tədbirdə Vladimir Zelenski və Lloyd Ostindən başqa ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin yeni rəhbəri Çarlz Braun da iştirak edib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Belousova Müdafiə Nazirliyini mümkün qədər “açmağı” tapşırıb
Kadırov ən yaxın müttəfiqinin istefasının təfərrüatlarını açıqlayıb
Zurabişvili ilə Zelenski arasında telefon danışığı olub

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi