Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96595
az

Xəmas İsrailin iki şəhərin vurdu

15:2516 Oktyabr, 2023
88
DÜNYA
  • A

Aşdod şəhərində və İsrailin mərkəzi Negev səhrasında həyəcan siqnalı səslənib.

Oxu24.com xəbər verir ki,bu barədə ölkənin Müdafiə Ordusunun (IDF) mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

“Aşdod şəhərində sirenlər səslənib... Mərkəzi Negev bölgəsində sirenlər səslənib”, - məlumatda deyilir.

Eyni zamanda Fələstinin radikal HƏMAS hərəkatı onun hərbi qanadı Əl-Qəssam Briqadalarının Aşdoda raket zərbələri endirib.

"Əl-Qəssam Briqadaları mülki əhaliyə edilən hücumlara cavab olaraq işğal altındakı Aşdoda raket zərbələri endirib", - hərəkatın bəyanatında deyilir.

Həmas həmçinin Negevin şimalında yerləşən Beersheba şəhərinə raket atdığını təsdiqləyib.

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrailə soxulub və yüzdən çox insanı girov götürüb. Bunun fonunda İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri (IDF) “Dəmir Qılınclar” əməliyyatına başlayıb, onun məqsədlərindən biri də HƏMAS-ı tamamilə məhv etmək olub. O vaxtdan bəri İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yaraqlıların hədəflərinə zərbələr endirməyi dayandırmayıb və orada qurudan hərbi əməliyyat keçirməyi planlaşdırır.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı