Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96580
az

Qəzzada 1000-dən çox insan dağıntılar altındadır

23:2715 Oktyabr, 2023
116
DÜNYA
  • A

Fələstin Mülki Müdafiə İdarəsi, İsrailin ağır bombardman etdiyi Qəzza zolağında 1000-dən çox insanın dağıntılar altında qaldığını təxmin etdiklərini açıqlayıb.

Oxu24.com xəbər verir  ki,Mülki Müdafiə İdarəsinin rəsmisi Məhəmməd əl-Muğayyar jurnalistlərə bildirib ki, Qəzzada dağıntılar altında hələ də sağ qalanlar var.

Müğayyar bildirib ki, İsrail Qəzzada mülki əhalinin yaşadığı 2180-dən çox binanı birbaşa hədəfə alıb.

İsrailin hücumlarının xilasetmə işlərini təhlükə altında qoyduğunu bildirən Muğayyar, "Qruplarımız dağıntılar altında 1000-dən çox adamın olduğunu təxmin edir", deyə bildirib.

Dağıntılar altında qalanların xilas edilməsi üçün işlərin davam etdiyini deyən Muğayyar məhdud avadanlıq və imkanlarla işlərin davam etdiyini bildirib.

Muğayyar dağıntılar altından sağ olanların və ya cəsədlərin xilas edilməsi üçün təcili beynəlxalq yardıma çağırıb.

Fələstinə ikili standartların tətbiq edilməməsi lazım olduğunu vurğulayan Muğayyar, zəlzələdən zərər çəkmiş ölkələrdə olduğu kimi Fələstinə də beynəlxalq yardımların göstərilməli olduğunu bildirib.

İsrailin də onları hədəf aldığını deyən Muğayyar, humanitar yardım edən insanların beynəlxalq qanunlara uyğun olaraq qorunmalı olduğuna diqqət çəkib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR