Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96573
az

BMT-nin Livandakı sülhməramlılarının qərargahına raket düşüb

22:0715 Oktyabr, 2023
101
DÜNYA
  • A

BMT sülhməramlıları bildiriblər ki, onların qərargahı Livanın cənubunda raket hücumuna məruz qalıb.

Oxu24.com xəbər verir  ki,bu barədə  Reuters məlumat yayıb.

Qeyd olunur ki, raket Livanın cənubundakı Naqura şəhərindəki BMT sülhməramlı missiyasının qərargahına Livanın Hizbullah hərəkatı ilə İsrail arasında atışma zamanı düşüb.

Daha əvvəl bildirilmişdi ki, İsrail hökumətinin 1,1 milyon fələstinlinin Qəzza zolağının cənubuna təxliyəsi tələbi insanlıq prinsipləri və döyüş qaydalarına ziddir. Bu barədə BMT baş katibinin humanitar məsələlər və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits bildirib.

Diplomatın qeyd etdiyi kimi, Qəzza zolağının ərazisi daim kütləvi hücumlara məruz qalır. Buna görə yaşayış binaları və yollar tamamilə dağıldı və sadəcə təhlükəsiz yer qalmadı.

O əlavə edib ki, davam edən döyüşlər fonunda "qorxmuş və travma almış" insanların geri çəkilməsi təhlükəli ola bilər.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb