Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96569
az

İsrail Qəzzada Küveyt xəstəxanasının boşaldılmasını tələb edir

21:5115 Oktyabr, 2023
94
DÜNYA
  • A

İsrail blokadada olan Qəzza zolağının Rəfah şəhərindəki Küveyt İxtisaslaşdırılmış Xəstəxanasının dərhal boşaldılmasını tələb edib.

Oxu24.com xəbər verir ki,İsrailin son iki gündür Qəzzada xəstəxanalara göndərdiyi “təxliyə xəbərdarlığı”na yenisi əlavə edilib.

Küveyt İxtisaslaşdırılmış Xəstəxanasının direktoru Süheyb əl-Homs verdiyi açıqlamada İsrail tərəfindən onlara zəng edildiyini və dərhal xəstəxananın boşaldılmasını istədiklərini bildirib.

Xəstəxananı boşaltmamaq qərarına gəldiklərini deyən Humus, xəstəxanada müalicə alan ağır xəstələrin olduğunu və evakuasiyanın çətin olduğunu bildirib.

Homs, "İsrail ordusu bizi təxliyyə etməyə məcbur etmək üçün xəstəxananın ətrafındakı bir neçə hədəfi bombaladı. Ölənlər və yaralananlar var", deyib.

İsrail ordusu məsələ ilə bağlı açıqlama verməyib.

İsrail son iki gündür Qəzzada Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı Qüds Xəstəxanası və şimalda Cibaliyadakı Əl-Avde xəstəxanası da daxil olmaqla bəzi xəstəxanalara "evakuasiya xəbərdarlığı" verir.

İsrail-Fələstin münaqişəsi

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib.

Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin öldüyü, 3436 israillinin yaralandığı bildirilib.

Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 2450 nəfərin öldüyünü, 9200 nəfərin isə yaralandığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 56 fələstinlinin öldüyü, təxminən 619 nəfərin yaralandığı bildirilib.

İsrailin hücumlarında Qəzzada 9, Livanda isə 1 jurnalist həyatını itirib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayətində PUA məhv edilib
İsrail hərbçilərinə arı hücumu: 10 nəfər yaralandı
Türkiyə ilə ABŞ Ukrayna və Qəzzanı müzakirə etdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO