Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96515
az

Rusiyanın bir nömrəli kriminaliteti azadlığa çıxır - Yeni qarşıdurma gözlənilir

19:5514 Oktyabr, 2023
111
DÜNYA
  • A

Rusiyanın bir nömrəli "qanuni oğrusu" hesab edilən Zaxari Kalaşov (Şakro Molodoy) yaxın vaxtlarda azadlığa çıxa bilər.

OXU24.COM  xəbər verir ki, hələ bu ilin fevral ayında "Şakro Molodoy"un azadlığa çıxacağı barədə Rusiya mediasında məlumat yayılmışdı.

Həmin vaxt iddia edilirdi ki, Zaxari Kalaşovun məhkumların "Vaqner" özəl hərbi birləşməsinin tərkibində Ukraynaya qarşı döyüşməsinə "yaşıl işıq" yandırıb. Onun bu addımı vaxtından tez azadlığa buraxılmasını şərtləndirib. 

Yeni məlumatlarda bildirilir ki, artıq "Şakro Molodoy"un azadlığa qovuşması reallığa çevrilir.

O, mərhum azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) rəqibi kimi tanınırdı. Daha doğrhsu, "Lotu Quli"nin qısa zaman kəsiyində kriminal dünyada nüfuz sahibinə çevrilməsini, bir çox "qanuni oğru"ları ətrafında birləşdirməsini həzm etmirdi. Bu baxımdan, zaman-zaman "Lotu Quli"yə qarşı hücumlar təşkil etdirir, onu müfuzdan salmağa çalışırdı. Bu barədə Rusiya mediasında da kifayət qədər məlumat yayılıb. 

"Şakro Molodoy" həm də mərhum "qanuni oğru" Aslan Usoyanın varisi hesab edilir. Bu isə o deməkdir ki, Zaxari Kalaşov azadlığa çıxdıqdan sonra yenidən iki böyük klanla üz-üzə gələ bilər. Bunlardan biri Nadir Səlifovun (hazırda klanın rəhbəri qardaşı Namiq Səlifovdur - Namiq Bakinski), digəri isə Merab Canqveladze (Tariel Oniani) klanıdır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü