Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96508
az

G20-nin parlament sammitində Ukrayna ilə bağlı mövqe bəyanata daxil edilib

17:4114 Oktyabr, 2023
77
DÜNYA
  • A

G20 parlament sammitinin iştirakçıları bəyanatlarına G20 liderlərinin sammitində Ukrayna ilə bağlı razılaşdırılmış mövqeni daxil ediblər.

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti məlumat yayıb.

Yeni Dehlidə keçirilən sammitin yekunları üzrə qəbul edilmiş birgə bəyanatda qeyd edilir ki, “19-26-cı bəndlər G20 Liderlərinin Yeni Dehli Bəyannaməsindən götürülüb”.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen bildirmişdi ki, ABŞ Hindistanda keçirilən sammitin yekun bəyannaməsində G20 ölkələrinin Ukrayna ilə bağlı mövqelərini yumşaltdıqlarına inanmır.

ABŞ Xəzinədarlığı rəhbərinin sözlərinə görə, G20 ölkələrinin birgə bəyanatı Ukraynadakı münaqişə ilə bağlı “əsasən çox güclü” olub.

Bəyannamədə Balidə keçirilən G20 sammiti ilə müqayisədə Ukraynadakı hadisələrlə bağlı Rusiya Federasiyasının bəzi “ən aqressiv qınaqları”nın yer almadığı üçün Qərb ölkələri tərəfindən tənqid edilib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, Qərb ölkələri Hindistanda keçiriləcək G20 G20 sammitinin gündəmini “Ukraynalaşdırmaq” iqtidarında deyil.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR