Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96506
az

Almaniyada Fələstinli qadın yazıçının mükafatlandırma mərasimi təxirə salınıb

17:2214 Oktyabr, 2023
72
DÜNYA
  • A

Almaniyada 75-ci Beynəlxalq Frankfurt Kitab Sərgisində Fələstinli yazıçı Adania Şiblinin "LiBeraturpreis 2023" mükafatına layiq görüləcəyi mərasimin təxirə salındığı açıqlanıb.

Litprom Dərnəyi fələstinli yazıçı Adania Şiblinin "Kiçik bir detal" romanına görə mükafatın oktyabrın 20-də deyil, daha gec veriləcəyini açıqlayıb.

Yerli KİV-in məlumatına görə, assosiasiya təxirə salınmasına səbəb kimi "Həmasın İsrailə hücumu səbəbindən heç kimin bayram etmək istəmədiyini" göstərib.


Müstəqil münsiflər heyəti tərəfindən mükafatlandırılan Şiblinin romanı bəziləri tərəfindən yüksək qiymətləndirilib, bəziləri isə antisemitizm klişelərinin yer aldığı üçün tənqid edilib.

Bildirilib ki, mükafatlandırma mərasiminin kitab sərgisindən sonra müəyyən ediləcək tarixdə keçirilməsi planlaşdırılır.

Kölndə etiraz aksiyası keçirmək fələstinlilər üçün qadağandır, israillilər üçün icazə verilir

Almaniyanın Köln şəhərinin Heumarkt meydanında bu gün keçirilməsi planlaşdırılan “İşğal olunmuş Fələstin” aksiyasının polis tərəfindən qadağan edildiyi bildirilib.

Polisin verdiyi açıqlamada qadağaya səbəb kimi "təhlükəsizlik vəziyyətinin pisləşməsi" göstərilib.


Eyni zamanda, İsrail administrasiyasını dəstəkləmək üçün "İsrail nifrətinə və antisemitizminə qarşı durmaq" nümayişinə icazə verilib.

Alman polisi İsrailə dəstək nümayişinin keçiriləcəyi bölgədə sıx təhlükəsizlik tədbirləri görüldüyünü açıqlayıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahu Putini Qələbə Günü münasibətilə təbrik edib
Polşa NATO əsgərlərinin Ukraynada mövcudluğunu tanıyıb
Polşa prokurorluğu Belarusa səfər edən hakimin həbsini tələb edib

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO