Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96501
az

ABŞ rəsmisindən ŞOK iddia: Azərbaycan yaxın həftələrdə...

16:4514 Oktyabr, 2023
417
DÜNYA
  • A

Amerika Azərbaycana hərbi yardımı davam etdirmək fikrində deyil


ABŞ dövlət katibi Antoni Blinken amerikalı senatorlarla söhbəti zamanı bildirib ki, yaxın həftələrdə Azərbaycanın Ermənistanın Sünik bölgəsini işğal etməsi ehtimalı çox yüksəkdir. Bu barədə "politico.com" saytı məlumat yayıb...

Antoni Blinken onu da vurğulayıb ki, Amerika Qarabağdan ermənilərin köçünə görə Azərbaycanı cəzalandırmaq istəyir və ABŞ Azərbaycana hərbi yardımı davam etdirmək fikrində deyil.
Söhbət Amerikanın Azərbaycana hər il etdiyi 100 milyon dollarlıq hərbi yardımdan gedir. Bu həm də o deməkdir ki, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəliş-Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş-yenidən qüvvəyə minə bilər...

Xatırladım ki, 907-ci düzəliş AXC zamanında qəbul olunub. Düşünün ki, ermənilər o vaxt Azərbaycan ərazilərini işğal edirdi və Amerika Konqresi işğalçı erməniləri yox, işğala məruz qalan Azərbaycanı cəzaladırdı. Yəni Amerika demokratiyası bu qədər eybəcər bir şeydir...
"Politico.com" saytı İlham Əliyevin aşağıdakı fikrini də xatırladır: "Biz Zəngəzur dəhlizini Ermənistan istəsə də, istəməsə də açacağıq"...

Bu ayın sonunda Brüsseldə Ermənistan və Azərbaycan rəhbərliyinin görüşü gözlənilir. Bu görüşdə də Ermənistan Zəngəzur dəhlizi məsələsinə razılıq verməsə, Azərbaycan hərəkətə keçə bilər. Bu ehtimal o qədər realdır ki, ABŞ dövlət katibi belə bu barədə açıq mətnlə danışır...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək