Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96494
az

İsrail ordusu raketi atan silahlılara zərbə endirdiyini bildirib

15:1714 Oktyabr, 2023
72
DÜNYA
  • A

İsrail ordusu Qəzza zolağı yaxınlığındakı əraziyə tank əleyhinə raket atmış Fələstinin Həmas qruplaşmasının silahlılarına zərbələr endirmək üçün pilotsuz təyyarələrdən istifadə edib.

Oxu24.com  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İDF aviasiyası HƏMAS terrorçularına Qəzza zolağının ətrafındakı əraziyə tank əleyhinə raket atdıqdan dərhal sonra hücum etdi”, - İsrail ordusu bildirib.

Oktyabrın 14-də İDF Qəzza zolağında kibbutzimdə HƏMAS əməliyyatlarının lideri Əli Qadinin öldürüldüyünü elan edib.

Bundan əvvəl BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Martin Qriffits demişdi ki, İsrailin Qəzza zolağının cənubuna 1,1 milyon fələstinlinin təxliyəsi tələbi insanlıq prinsiplərinə və müharibə qaydalarına ziddir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb