Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96484
az

İsrail ordusu Qəzzadakı Nuxba bazalarına zərbə endirib

10:1714 Oktyabr, 2023
76
DÜNYA
  • A

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzadakı Nuxba terror qruplaşmasının bazalarına hücumlar təşkil etdiyini bildirib.

Oxu24.com xəbər verir ki,əməliyyatın görüntüsü Müdafiə Nazirliyinin Telegram kanalında yerləşdirilib.

Qeyd olunur ki, Nuxba bir həftə əvvəl HƏMAS ilə birlikdə İsrailə hücumu həyata keçirən əsas qüvvələrdən biri olub.

“İD döyüşçüləri HƏMAS terror təşkilatının hava əməliyyatlarının idarə olunduğu əməliyyat qərargahına zərbələr endirib”, - deyə Təl-Əviv bildirib.

Zərbə zamanı HƏMAS-ın Qəzza şəhərindəki hərbi hava qüvvələrinin rəhbəri Merad Əbu Meradın öldürüldüyü dəqiqləşdirilir.

Bundan əvvəl ABŞ İsrailin Qəzzanın gələcək taleyi ilə bağlı dəqiq bir anlayışın olmamasından narahatlığını ifadə edib.

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və İsrailin Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib. Oktyabrın 13-də İsrail BMT-yə bildirib ki, Qəzzada quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinli 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməlidir.

 

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan parlamenti mübahisəli qanun layihəsini qəbul etdi
Çin səfiri Britaniya XİN-ə çağırıldı
Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR