Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96483
az

Tramp deyib ki, İsraili yalnız o qoruya bilər

10:1314 Oktyabr, 2023
91
DÜNYA
  • A

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, o, İsraili təcavüzdən qorumağa qadir olan dövlət başçısı postuna yeganə namizəddir.

 

Oxu24.com xəbər verir ki,bu barədə The Hill məlumat yayıb.

 

“Mən İsrailin təhlükəsizliyini təmin etdim, bunu unutmayın. Mən İsraili təhlükəsiz saxladım... Bunu başqa heç kim etməyəcək, başqa heç kim edə bilməz və mən bütün oyunçuları tanıyıram”, - deyə Tramp bildirib.

O, həmçinin HƏMAS-ın İsrailə hücumunu Co Baydenin üzərinə atıb. ABŞ prezidentliyinə namizədin sözlərinə görə, “vəziyyət daha da pisləşəcək”.

Bundan əvvəl jurnalistlərə açıqlama verən Tramp Benyamin Netanyahunun İsrailin baş naziri vəzifəsindən istefası lehinə danışıb.

O da məlumdur ki, Tramp mətbuata danışarkən Netanyahunu, xüsusən də HƏMAS-ın İsrailə hücumu hazırlığını müəyyən edib üzə çıxara bilməyən İsrail kəşfiyyatı Mossadın uğursuzluğuna görə çox sərt şəkildə danlayıb. Bundan əlavə, Tramp Fələstinə hər cür yardımın dayandırılmasının tərəfdarı olduğunu bildirib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ