Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96470
az

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 11 həkim həlak olub

21:1813 Oktyabr, 2023
83
DÜNYA
  • A

İsrailin Qəzza zolağına zərbələr endirməsindən sonra 11 tibb işçisi həlak olub, xəstəxanalar və təcili yardım maşınları zədələnib.

Oxu24.com xəbər verir ki,bu barədə ÜST-nin sözçüsü Tarik Cazareviç Cenevrədə keçirilən brifinqdə danışıb.

“Qəzza zolağında hazırkı hücumun başlanğıcından bəri səhiyyəyə 34 hücum edilib, nəticədə 11 növbətçi tibb işçisi həlak olub, 16 nəfər yaralanıb, 20 təcili yardım maşını və 19 tibb müəssisəsinə ziyan dəyib”.

ÜST-nin dəstəyi ilə fəaliyyət göstərən Qəzza Təcili Əməliyyatlar Mərkəzinə də ciddi ziyan dəyib. Zazareviçin sözlərinə görə, Qəzza zolağında səhiyyə sistemi fəlakətin astanasında idi. Hazırda yeddi böyük klinikadan altısı qismən fəaliyyət göstərir. ÜST sözçüsü bildirib ki, dərman, qida, su və yanacağın kəskin çatışmazlığı var.


Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağı İsrailə hücum edib, fələstinli radikallar ölkəyə daxil olub və Əl-Əqsa tufanı əməliyyatının başladığını elan ediblər. İsrail hakimiyyəti müharibə vəziyyətinə keçdiyini elan edib və artıq bir həftəyə yaxındır ki, tərəflər arasında toqquşmalar davam edir. Artıq Fələstin tərəfində 1,5 mindən çox insan, israillilər arasında isə eyni sayda insan həlak olub.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb