Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96436
az

Türkiyə İsrail səfirinin ölkədən çıxarılmasını tələb edir

23:1112 Oktyabr, 2023
136
DÜNYA
  • A

Türkiyənin Yeni Rifah Partiyasının lideri Fatih Ərbakan Türkiyə hakimiyyətini İsrailin Ankaradakı səfirini ölkədən çıxarmağa və respublikada yerləşən ABŞ hərbi bazalarını bağlamağa çağırıb.

Oxu24.com xəbər verir ki,onun sözlərini “Anka” agentliyi yayıb.

“Türkiyənin İsraildəki səfiri dərhal geri çağırılmalı, İsrailin Ankaradakı səfiri qovulmalı, Kürəcik hava hücumundan müdafiə bazası və ABŞ-ın İncirlik hava bazası bağlanmalı, neft də daxil olmaqla bütün strateji malların İslam ölkələri tərəfindən Amerika və İsrailə satılması, dayandı”, - deyə Ərbakan bildirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə mövcud münaqişənin həllinin yeganə yolunun Fələstini müstəqil dövlət kimi tanımaq olduğunu bəyan etmişdi.

Oktyabrın 11-də Türkiyə lideri həmçinin bildirib ki, Ankara Fələstin-İsrail eskalasiyası zonasında mülki şəxslərə qarşı hər hansı hərəkəti bəyənmir.

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moldova idxal olunan qazın qiymətində azalma gözləyir
Kremldən Dövlət Departamentinin ittihamına - Cavab
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir