Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96430
az

İsrail parlamenti fövqəladə hökumətin yaradılmasını təsdiqləyib

22:1512 Oktyabr, 2023
90
DÜNYA
  • A

İsrail Knesseti (parlamenti) vahid fövqəladə hökumətin yaradılmasını təsdiqləyib.

Oxu24.com xəbər verir ki,Bu barədə “The Jerusalem Post” yazır.

Nəşrin məlumatına görə, müxalifət liderlərindən birinin Benni Qantsın iştirakı ilə fövqəladə Nazirlər Kabinetinin yaradılmasını 66 deputat dəstəkləyib, bir parlamentari də əleyhinə səs verməyib.

Oktyabrın 11-də İsrailin baş naziri Benyamin Netanyahu ölkədə fövqəladə hökumət yaradıldığını elan edib. O qeyd edib ki, ölkənin taleyi hazırda təhlükə altında olduğundan “bütün digər mülahizələr” kənara qoyulub. Baş nazir vurğulayıb ki, hakimiyyət bütün israillilərin xeyrinə birgə çalışacaq.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə mövcud münaqişənin həllinin yeganə yolunun Fələstini müstəqil dövlət kimi tanımaq olduğunu bəyan edib.

Rusiya prezidenti Vladimir Putin də Rusiya Enerji Həftəsinin plenar iclasında bəyan edib ki, Moskva BMT Təhlükəsizlik Şurasının müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı qərarının qəbulunu həmişə dəstəkləyib.

Müəllif: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi