Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96414
az

Ağ Ev Qəzzada humanitar dəhlizlərlə bağlı İsraillə danışıqlar apardığını elan edib

19:0212 Oktyabr, 2023
81
DÜNYA
  • A

ABŞ prezidenti Co Bayden administrasiyası və İsrail hökuməti Qəzza zolağından insanların çıxarılması üçün humanitar dəhlizlərin yaradılması imkanını müzakirə edir.

Oxu24.com  xəbər verir  ki,Bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Con Finer CNN telekanalında məlumat verib.

Onun sözlərinə görə, Ağ Evin əsas prioritetlərindən biri amerikalı girovların azad edilməsidir. Söhbət Fələstinin HƏMAS hərəkatı tərəfindən əsir götürülən vətəndaşlardan gedir.

Prezidentin müşaviri aydınlaşdırıb ki, Vaşinqton artıq öz ekspertlərini münaqişə zonasına göndərib. Onlar insanların azadlığa buraxılması məsələsində İsrail hakimiyyətinin nümayəndələri ilə məsləhətləşməli olacaqlar.

Eyni zamanda, ABŞ və İsrail arasında mülki əhalinin Qəzza zolağından çıxarılması ilə bağlı “birbaşa söhbət” qurulub. İndi tərəflər müvafiq dəhlizlərin yaradılması yollarını axtarırlar, Ağ Ev nümayəndəsi bildirib.

“Biz [ABŞ və İsrail] humanitar dəhlizlər və təhlükəsiz zonalar, insanların Qəzzanı tərk edə biləcəyi variantlardan danışırıq”, - Fayner vurğulayıb.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı