Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96388
az

Almaniya 35 min əsgərini yüksək hazırlıq vəziyyətində saxlayacaq

11:3212 Oktyabr, 2023
108
DÜNYA
  • A

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya NATO-nun yeni çəkindirmə və müdafiə strategiyasını həyata keçirmək üçün 35 min əsgərini yüksək hazırlıq vəziyyətində saxlayacaq.

Oxu24.com  xəbər verir ki, o, bu barədə alyansın nazirlərin Brüsseldə keçirilən iclasında bildirib.

“2025-ci ildən onlar 25-ci diviziyanın tərkibində yerləşdiriləcək, sonra isə NATO tərəfindən təmin edilən müxtəlif əməliyyat hazırlığı səviyyələrində hazır olacaqlar”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, burada iştirak etmək üçün artıq 35 min nəfər müraciət edib.

Pistorius həmçinin bildirib ki, Almaniya İsrailin tələbi ilə “əraziləri qorumaq üçün” iki döyüş pilotsuz təyyarəsini təhvil verəcək. Pistorius qeyd edib ki, Almaniya Müdafiə Nazirliyinin İsraildən gəmilər üçün sursat tələbləri var. Lakin bu məsələnin müzakirəsi hələ də davam edir, o qeyd edib.

Bir gün əvvəl Almaniya Müdafiə Nazirliyi Almaniyanın Ukraynaya bir milyard avro dəyərində ikinci qış hərbi yardım paketi hazırladığını və bunun bir hissəsi olaraq əlavə Patriot, IRIS-T və Gepard hava hücumundan müdafiə sistemləri göndərəcəyini açıqlamışdı.

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankarada cinayət təşkilatına
Əziz Sancar Azərbaycana gələcək
Rusiyada  oğurluq etdiyinə görə saxlanılan amerikalı hərbçi günahını etiraf edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı