Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96347
az

İraqın baş naziri Putindən İsraildəki münaqişənin həllinə kömək etməyi xahiş edib

19:3211 Oktyabr, 2023
94
  • A

Oxu24.com xəbər verir ki,İraqın baş naziri Məhəmməd əl-Sudani Rusiya prezidenti Vladimir Putindən fələstinlilərlə israillilər arasında atəşkəs elan etməsini istəyib.

Rusiya Enerji Həftəsinin iclasında o, Putinə üz tutaraq ondan “həqiqi atəşkəs və Fələstin probleminin real həllinin tapılmasına” kömək etməyi xahiş edib.

Bir gün əvvəl əl-Sudani ilə danışıqlar zamanı Putin İsraildə vəziyyətin pisləşməsindən təəssüfləndiyini bildirib və bunu ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsi adlandırıb. O, həmçinin suveren Fələstin dövlətinin yaradılması məsələsinin həllinin vacibliyini bəyan edib.

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket ataraq Əl-Əqsa tufanı əməliyyatına başlayıb.

İsrail ordusu HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlamaqla cavab verib. İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

 

Müəllif:Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Azərbaycanla sülh barədə: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”
Çeçenistanda parlamentin yeni rəhbəri seçilib
NATO Slovakiyanın baş nazirinə sui-qəsd cəhdinə cavab verib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi