Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96342
az

İsrail beş cəbhədə müharibə ilə üz-üzədir - ALMAN MEDİASI

18:4511 Oktyabr, 2023
82
DÜNYA
  • A

Yaxın Şərqdəki digər ölkələr və qruplaşmalar münaqişəyə birbaşa müdaxilə edərsə, İsrail beş cəbhədə müharibə aparmağa məcbur ola bilər.

 

Oxu24.com xəbər verir ki,bu barədə “Bild” qəzeti “Le Beck” analitik mərkəzinin ekspertlərinə istinadən yazır.


Nəşr mərkəzin araşdırmasının nəticələrindən sitat gətirir: "Biz daha da genişlənmək üçün böyük potensiala malik uzanan münaqişə ilə üzləşirik".

Nəşr yazır ki, İsrail ölkənin qərbində HƏMAS-la vuruşarkən və şimalda özünü Livan raketlərindən müdafiə edərkən, bu münaqişənin genişlənərək “beş cəbhədə müharibəyə” çevrilməsi təhlükəsi var.

Qəzet iddia edir ki, İsrail üçün potensial təhlükə “uzun illərdir HƏMAS və Hizbullah terror təşkilatlarını maliyyələşdirən” İrandan gəlir. Bild-in yazdığı kimi dördüncü və beşinci cəbhəni İordan çayının qərb sahilindəki fələstinli qruplar və Suriyadakı iranlı yaraqlılar aça bilər. Bundan əlavə, analitik mərkəzin ekspertləri İraq və ya Yəmənin münaqişəyə cəlb olunma təhlükəsini istisna etmirlər, lakin bu nəzəriyyəni hələ də ciddi hesab etmirlər.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ