Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96257
az

İran və Sudan diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər

21:0709 Oktyabr, 2023
98
  • A

İran və Sudan diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.

Oxu24.com xəbər verir ki, bu barədə bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunan bəyanatda deyilir.

“İran İslam Respublikası və Sudan Respublikası öz aralarında diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər”, - nəşr yazır.

İdarədən verilən məlumata görə, bu qərar ötən aylar ərzində yüksək səviyyədə qarşılıqlı əlaqələrin nəticələrinə əsasən qəbul edilib. Beləliklə, İran və Sudan regionda təhlükəsizlik və sabitlik sahəsində tərəfdaşlıqlarını dərinləşdirmək barədə razılığa gəliblər. Bundan əlavə, dövlətlər tezliklə öz ərazilərində bir-birlərinin səfirliklərini açacaq və ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etmək üçün rəsmi nümayəndə heyətləri yaradacaqlar.

“İki ölkə hökumətləri suverenliyə və ümumi maraqlara qarşılıqlı hörmət əsasında dostluq münasibətlərini inkişaf etdirmək barədə razılığa gəliblər”, - bəyanatda deyilir.

Bundan əvvəl Sudan hakimiyyəti ölkənin hava məkanının bağlanmasının müddətini uzadıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi