Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96207
az

Avstriya Fələstin-İsrail münaqişəsinin gərginləşəcəyini proqnozlaşdırıb

11:1609 Oktyabr, 2023
62
  • A

Oxu24.com  xəbər verir ki, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib ki, hazırda Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi fonunda çox qeyri-sabit vəziyyət hökm sürür. Onun sözlərinə görə, Vyana yaxın perspektivdə qarşıdurmanın kəskinləşməsindən ehtiyat edir.

“Biz güman etməliyik ki, yaxşılaşmadan əvvəl yerdəki vəziyyət daha da pisləşəcək. Bizə çatan xəbərlər qorxuludur. Sadəcə musiqi festivalı ilə bağlı xəbərlərə baxın. Qorxuram ki, biz hələ hər şeyi görməmişik . Vəziyyət çox qeyri-sabitdir. Qorxuram ki, biz yaxın bir neçə həftə və ay ərzində bu işdə çox fəal iştirak edəcəyik”, - Şallenberq bildirib.

O əlavə edib ki, Avstriya tərəfi HƏMAS-ın yəhudi dövlətinə hücumu fonunda İsraildəki səfirliyinin təhlükəsizliyini gücləndirib. Şallenberq vurğulayıb ki, indiki vəziyyətdə 100-ə yaxın avstriyalı respublikanı tərk etmək arzusunu bildirib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Buna cavab olaraq Təl-Əviv “Dəmir Qılınclar” hərbi əməliyyatına başlayıb və həmçinin yəhudi dövlətini rəsmən müharibə vəziyyətində elan edib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtaliya silahlarından Rusiyaya atəş açmağa icazə vermədi
Berlin polisi Rusiya bayraqları və Müqəddəs Georgi lentlərindən istifadəni qadağan edib
Argentinada Rusiya vətəndaşı Çurkinin Ukraynaya ekstradisiyası ilə bağlı məhkəmə prosesi başlayıb

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı