Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96177
az

Misir-İsrail sərhədində nəqliyyatın hərəkəti dayandırılıb

20:0808 Oktyabr, 2023
87
DÜNYA
  • A

Misir və İsrail sərhədindəki keçid məntəqəsindən nəqliyyatın hərəkəti dayandırılıb.

Oxu24.com xəbər verir ki,bu barədə Əl-Cəzirə telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Əl-Auja keçid məntəqəsi vasitəsilə Misir və İsrail arasında nəqliyyatın hərəkəti dayandırılıb", - telekanalın mənbəsi qeyd edib.

Hələlik bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur.

Bundan əvvəl Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkənin turizm operatorlarına İsrailə tur satmamağı tövsiyə etmişdi.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın 21 hədəfinə zərbələr endirib.

 

Müəllif:Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın Baş naziri Türkiyəyə gedib
Zelenski Xarkova getdi
Moldovalı müxalifət lideri Rusiya pasportu aldı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Tələbə qızın qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜSÜ