Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96118
az

Netanyahu Təl-Əvivə gedib

10:2407 Oktyabr, 2023
87
DÜNYA
  • A

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağından atılan raketlər fonunda Təl-Əvivə gedib.

Oxu24.com xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

Ofisindən verilən açıqlamaya görə, Netanyahu hadisənin təfərrüatlarından xəbərdardır və yaxın saatlarda təhlükəsizlik sisteminin rəhbərliyi ilə operativ görüş keçirəcək. İsrail Müdafiə Nazirliyinin və təhlükəsizlik qüvvələrinin qərargahı Təl-Əvivdə yerləşir.

Oktyabrın 7-də səhər tezdən İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın, eləcə də Təl-Əviv ərazisində hava hücumu xəbərdarlığı səslənməyə başlayıb.

Daha sonra İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağından olan fələstinli radikalların səhər saatlarında İsrail ərazisinə raket zərbələri endirdiyini təsdiqləyib.

Sentyabrın 22-də İsrail ordusu Qəzza zolağına zərbələr endirdiyini elan edib. Bundan əvvəl Qəzza zolağından İsrail ərazisinə 5 raket atılıb və onlar Dəmir Günbəz tərəfindən ələ keçirilib.

Bundan əvvəl HƏMAS hərəkatının İsraillə genişmiqyaslı müharibəyə hazırlaşdığı bildirilirdi.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı