Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96102
az

Rusiya Mig-31-i ABŞ təyyarələrinə qarşı qaldırdı

21:4106 Oktyabr, 2023
98
DÜNYA
  • A

Rusiya Müdafiə Nazirliyi Norveç dənizində patrul vəzifəsini yerinə yetirən ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseidon təyyarəsi üçün Miq-31 döyüş təyyarəsini çıxardıqlarını açıqlayıb.

Oxu24.com xəbər verir  ki,Rusiya Müdafiə Nazirliyi Norveç dənizi üzərində hava məkanına nəzarət vasitələrinin Rusiya dövlət sərhədinə yaxınlaşan hava hədəfini aşkarladığını açıqlayıb.

Açıqlamada, Rusiya Şimal Donanmasının Hərbi Hava Qüvvələrində xidmət edən Miq-31 döyüş təyyarəsinin hədəfi müəyyən etmək və Rusiya dövlət sərhədlərinin pozulmasının qarşısını almaq üçün çıxarıldığı bildirilib: “Rusiya döyüş təyyarəsinin heyəti hava hədəfinin olduğunu müəyyən edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul xidmətində olan P-8A Poseidon patrul təyyarəsi idi”.,-deyə açıqlamada bildirilib.

Açıqlamada Rusiya döyüş təyyarəsi yaxınlaşarkən ABŞ təyyarəsinin ölkə sərhədindən geri döndüyü bildirilib və Rusiya dövlət sərhədinin pozulmasının olmadığı qeyd edilib.

Açıqlamada Rusiya döyüş təyyarəsinin ABŞ təyyarəsinə təhlükəli bir şəkildə yaxınlaşmadığı və neytral sular üzərində hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun uçduğu bildirilib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı