Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96071
az

Nyu-York metrosuna hücum edən şəxs 10 ömürlük həbs cəzasına məhkum edilib

11:2106 Oktyabr, 2023
93
DÜNYA
  • A

Ötən ilin aprelində ABŞ-ın Nyu-York şəhərindəki Bruklin metro stansiyasında silahlı hücum təşkil edən 64 yaşlı Frenk Ceymsə məhkəmə tərəfindən 10 ömürlük və 10 il həbs cəzası verilib.

Oxu24.com xəbər verir  ki,2022-ci il aprelin 12-də ABŞ-ın Nyu-York şəhərində Bruklin metro stansiyasında 23 nəfərin yaralanması ilə nəticələnən silahlı hücum törədən 64 yaşlı Frenk Ceyms barəsində hökm elan edilib.

ABŞ mətbuatında yer alan xəbərlərdə, Bruklin Federal Məhkəməsində baxılan iddiada Ceymsin 10 ömürlük və 10 il həbs cəzasına məhkum edildiyi bildirilib.

Hücumdan saatlar sonra polis tərəfindən yaxalanan Ceyms keçən yanvarda məhkəmədə terror da daxil olmaqla bütün ittihamları etiraf edib.

Nyu York Polis Departamentinin məlumatına görə, Ceyms əvvəllər Nyu Yorkda 9, Nyu Cersidə isə 3 dəfə saxlanılıb.

Ceyms 2022-ci il aprelin 12-də səhər saatlarında Bruklin metro stansiyasına daxil olub, 2 tüstü bombası atıb və sonra 33 atəş açıb.

Stansiyadakı çaxnaşma zamanı texniki işçi qiyafəsində stansiyadan qaçan Ceyms 30 saatlıq axtarışdan sonra 13 aprel 2022-ci ildə Manhettenin Şərq kəndində polis tərəfindən tutuldu.

Hücumda 23 nəfərdən 10-u güllələnərək yaralanıb, lakin heç kim həyatını itirməyib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda  küçə etirazları zamanı saxlanılan 156 nəfərin hamısı sərbəst buraxılıb
Belqorodda pilotsuz təyyarə qəzaya uğrayıb
Litva ikili vətəndaşlığı qanuniləşdirə bilmədi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər