Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96
az

“WhatsApp”da istədiyiniz şəxsi izləyə bilərsiniz

10:4930 Mart, 2018
2640
DÜNYA
  • A
 "App Store" tətbiq mağazasında istənilən "iPhone" sahibinə "WhatsApp" istifadəçilərini izləməyə imkan verən "Chatwatch" tətbiqi peyda olub.

Oxu24.com  xəbər verir ki, bu barədə "Lifehacker" məlumat yayıb.

"Dostlarınızın, qohumlarınızın və tabeliyinizdə olan əməkdaşların fəaliyyətinə nəzarət etmək istəyirsinizsə, "Chatwatch"dan istifadə edin" deyə tətbiqin qısa təsvirində yazılır.

Tərtibatçıların sözlərinə görə, proqamı telefona yazan insanlar, həmsöhbətinin sonuncu dəfə nə vaxt tətbiqə daxil olduğunu öyrənə biləcək; qarşı tərəf statusun əks olunması funksiyasını deaktivləşdirdikdə belə.Tətbiq eyni zamanda istifadəçinin adətən hansı saatlarda yatdığını, hansı saatlarda yuxudan oyandığını göstərəcək.
"Chatwatch" eyni zamanda, əlaqə siyahısında olan insanların bir-birilə nə zaman danışdıqlarını əks etdirə bilir. Bunun üçün tətbiqin xüsusi alqoritmi bir neçə istifadəçinin şəxsi məlumatlarını tutuşdurur.
Tətbiqin "App Store"da 1,99 dollara satıldığı bildirilir. Ödənişi etdikdən sonra istifadəçi əlaqə siyahısında olan iki istifadəçini bir həftə ərzində təqib edə bilir.
Tərtibatçılar əmin edir ki, əldə olunan bütün gəlirlər, ABŞ prezidenti Donald Trampa qarşı çıxan siyasi qeyri-hökumət təşkilatının maliyyələşməsinə sərf olunacaq.

 
https://www.facebook.com/sozbazari/" target="_blank">BİZİ BURADAN İZLƏYİN


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
“WhatsApp”da yeni funksiya yaradıldı
Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi