Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95938
az

Priqojinin oğlu peyda oldu - Böyük bir sərvətə sahib olacaq - FOTO

19:4003 Oktyabr, 2023
94
  • A

Rusiya prezidenti Vladimir Putinə qarşı başlatdığı qiyamdan cəmi 2 ay sonra şübhəli şəkildə dünyasını dəyişən rus muzdlu "Vaqner" qrupunun lideri Priqojin ölümünün 40-cı günündə yaxınları tərəfindən Sankt-Peterburqda yerləşən məzarı başında yad edilib.

OXU24.COM  xəbər verir ki, məlumata görə, mərasimdə Priqojinin 100 milyon funt-sterlinq sərvətini miras alacaq 25 yaşlı oğlu Pavel və anası Violetta da iştirak edib.

Bəzi rusiyalı ekspertlər Pavelin mirasın bir hissəsi kimi Vaqner qrupuna nəzarəti ələ alacağını iddia edib.

Bəziləri təyyarənin içindəki cəsədin Priqojinə aid olmadığını və 62 yaşlı Priqojinin sakitcə xaricə qaçdığını desə də ənənəvi mərasimdə anası və oğlunun iştirakı Priqojinin təyyarənin içərisində öldüyünü təsdiq edir.

Qeyd edək ki, Priqojinin ölümünün 40-cı günündə Moskvada və bir çox başqa şəhərlərdə mərasimlər keçirildi. Mərasimlərə minlərlə rusiyalı qatıldı, lakin dövlət televiziyası bunu işıqlandırmadı. Putinin əleyhdarları isə ana və oğlunu qəbiristanlıqda tək qoymayıb, əllərində "Qan, namus, vətən, igidlik" yazılmış plakatlar tutublar.

 

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı