Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95794
az

Rusiyada yüksək dəqiqlikli silahları hədəfə almaq üçün fotomodullar yaradılıb

18:2629 Sentyabr, 2023
104
DÜNYA
  • A

“Rostec” dövlət korporasiyasının tərkibinə daxil olan “Ruselectronics” holdinqi yüksək dəqiqlikli silahlarda istifadə üçün silisium kristallarına əsaslanan bir sıra matris fotomodullarını təqdim edib.

Oxu24.com xəbər verir ki, bu barədə “Rostec”in mətbuat xidməti məlumat yayıb.

Yeni fotomodulların özəlliyi 60 mV-də aşağı enerji istehlakıdır. Komponentlərin optik səmərəliliyi 400-900 nm-dir. Sonuncu, günün istənilən vaxtında istifadə etməyə imkan verir.

Fotomodulların təsvir ölçüsü 1280x1024 pikseldir. Modullar videomüşahidə sistemlərində, skanlamada və yuxarıda qeyd edildiyi kimi, dəqiq silahları hədəfə almaq üçün istifadə oluna bilər.

“Bu, tamamilə Rusiya komponentlərindən hazırlanmış yeni məhsuldur. Hər bir modul fotohəssas elementlərin matrisinin, 10 bitlik analoqdan rəqəmə çeviricinin və məlumat ötürmə interfeysi (SPI) tərəfindən idarə olunan siqnal generatorunun quraşdırıldığı bir kristaldır”, - deyə Rostec yaydığı məlumatda qeyd edib.

Şirkət bildirib ki, 2023-cü ilin sonuna kimi yeni komponentlər əsasında miniatür kamera təqdim olunacaq.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə etirazlar davam edir
“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi