Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95770
az

Rusiya XİN Ermənistanı hədələdi

18:2828 Sentyabr, 2023
116
DÜNYA
  • A

Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun Ermənistan tərəfindən ratifikasiyası Ermənistanla Rusiya arasında ikitərəfli münasibətlərdə ən mənfi nəticələrə səbəb olacaq.

OXU24.COM  bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi açıqlama verib.

Nazirliyin məlumatına görə, İrəvan Moskvanın Roma statutu ilə bağlı cavab təklifini nəzərə almayıb.

"Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın ali rəhbərinin həbsinə order verdiyi halda, bu strukturun Roma statutunun ratifikasiyasının qəbuledilməz olduğuna dair mövqeyimiz əvvəlcədən erməni tərəfdaşlarımızın diqqətinə çatdırılıb. İrəvanın ikitərəfli saziş imzalamaq barədə təşəbbüsü gözdən keçirildi, Moskva hər iki tərəf üçün uyğun ola biləcək kompromis variant təklif etdi. Lakin əfsuslar olsun ki, bu variant nəzərə alınmadı və Ermənistan Roma statutunu ratifikasiya etmək qərarı qəbul etdi. Bu ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq", - Rusiya XİN-dən bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya üçün parlamentə göndərib. Roma statutu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.

Qeyd edək ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaxarova Britaniyanın rus diplomatlarına qarşı mövqeyinə belə reaksiya verdi
Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO