Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95763
az

Qazaxıstan Rusiya ilə ərazi mübahisəsinin olmadığını açıqlayıb

17:1128 Sentyabr, 2023
77
DÜNYA
  • A

Qazaxıstan hökumətinin Rusiyadan mümkün ərazi iddiaları ilə bağlı heç bir narahatlığı yoxdur.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolzla danışıqların yekunu üzrə mətbuat konfransı zamanı respublika prezidenti Kasım-Jomart Tokayev deyib.

Dövlət başçısı qeyd edib ki, Moskva ilə Astana dostluq münasibətlərini davam etdirir. Bundan əlavə, Rusiya Federasiyası və Qazaxıstan müxtəlif inteqrasiya birlikləri çərçivəsində mütəmadi olaraq qarşılıqlı fəaliyyət göstərirlər.

“Rusiyanın ərazi iddiaları ilə bağlı heç bir narahatlığımız yoxdur”, - Tokayev vurğulayıb.

O əlavə edib ki, vaxtilə Moskva və Astana iki ölkə arasında sərhədi demarkasiya edib. Üstəlik, Rusiya və Qazaxıstan parlamentləri tərəfindən ratifikasiya edilib.

Tokayevin dediyi kimi, iki dövlət arasında humanitar sahədə və ticarət sahəsində əməkdaşlıq ənənəsi mövcuddur. Eyni zamanda, 10 il əvvəl Rusiya Federasiyası ilə Qazaxıstan arasında müttəfiqlik münasibətləri haqqında saziş imzalanıb.

Həmçinin mətbuat konfransı zamanı respublika başçısı Qazaxıstanın Almaniyaya ixrac etdiyi neftin həcmini artırmağa hazır olmasından danışıb. Onun sözlərinə görə, 2023-cü ilin əvvəlindən Astana Drujba kəməri ilə Almaniya ərazisinə 500 min ton yanacaq tədarük edib.

Sentyabrın 25-də Qazaxıstan və Rusiya Federasiyasının 2023-cü ildə respublikaya benzin tədarükünü genişləndirmək üçün danışıqlar apardığı bildirilib. “İnterfaks” agentliyinin məlumatına görə, söhbət xaricə ixrac olunan yanacağın həcminin təxminən 3 dəfə - hazırkı 40 min tondan 110 min tona qədər artırılmasından gedir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənilər İrəvan-Tbilisi yolunu bağlayıb
Ukraynalı idmançı Avropa çempionatından qaçıb
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü