Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95748
az

Kosmonavtlar 1 ildən sonra Yerə qayıdıblar

23:3127 Sentyabr, 2023
90
DÜNYA
  • A

NASA astronavtı Frank Rubio və rus kosmonavtları Beynəlxalq Kosmik Stansiyadakı missiyalarını başa vuraraq Yerə qayıdıblar.

Oxu24.com xəbər verir  ki,Rubio ABŞ astronavtının kosmosda ən uzun müddət qalma rekordunu 371 günlə yeniləyib.

ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) astronavtı Frank Rubio və rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin Beynəlxalq Kosmik Stansiya tarixindəki ən uzun missiyanı başa vurublar.

Astronavt və kosmonavtları daşıyan "Soyuz MS-23" kosmik gəmisi yerli vaxtla saat 17.17-də Qazaxıstanın Jezkazqan şəhərinin cənubundakı kənd ərazisinə paraşütlə eniş edib.

Ekipaj bölgədə gözləyən qruplar tərəfindən kapsuldan çıxarılıb.

Astronavtlar və kosmonavtlar 1 ildən sonra Yerə qayıdıblar

Beynəlxalq Kosmik Stansiyaya çatan astronavt Rubio 371 günlə kosmosda ən uzun müddət qalan amerikalı astronavt kimi tarixə düşüb.

Prokopyev, Petelin və Rubio 21 sentyabr 2022-ci ildə 6 aylıq missiya üçün Beynəlxalq Kosmik Stansiyaya çatdılar. Lakin dekabr ayında kosmik gəmidə nasazlıq yarandığı üçün kosmik missiya 2023-cü il sentyabrın 27-dək uzadılıb və ekipajın geri qayıtması üçün “Soyuz MS-23” kosmik gəmisi stansiyaya göndərilib.

Kosmosda ən uzun müddət qalaraq dünya rekordu qıran şəxs 1994-cü ilin yanvarından 1995-ci ilin martına qədər Mir Kosmik Stansiyasında 437 gün olmuş rus kosmonavt Valeri Polyakov olub.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alındı
Məktəblərdə mobil telefonlar qadağan edildi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı