Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95740
az

Türkiyə prezidenti Misirin son 10 ildə ilk səfirini qəbul edib

23:0627 Sentyabr, 2023
53
DÜNYA
  • A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr çərşənbə günü Misir səfirinin etimadnaməsini qəbul edib.

Oxu24.com xəbər verir  ki,Bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə prezident administrasiyası Ərdoğanın Misirin Ankaradakı səfiri Əmr əl-Hamaminin etimadnaməsini qəbul etdiyini vurğulayıb.

“Ahaber” telekanalının dərc etdiyi fotoşəkillərə əsasən, əl-Hamami ailəsi ilə birlikdə qəbula gəlib. Səfir 2019-cu ildən Misirin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsində çalışır. Diplomat əvvəllər Misirin Danimarka, Niger, Bolqarıstandakı səfirliklərində və BMT missiyasında işləyib.

Bundan əvvəl Ərdoğan Hindistanda misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparıb, Türkiyə dövlət başçısı iki ölkə arasında LNG və nüvə enerjisi sahəsində əməkdaşlığın intensivləşdirilməsinin böyük əhəmiyyətini qeyd edib.

Bildirilir ki, görüş zamanı prezidentlər ikitərəfli əlaqələr, ticarət həcminin artırılması, regional və qlobal məsələləri müzakirə ediblər.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Fələstinə dəstək aksiyalarına qadağa qoymağa hazırlaşır
Türkiyənin 8 vilayətində əməliyyat keçirildi - Saxlanılanlar var
Ankarada metronu su basdı

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO