Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95697
az

ABŞ-da 219 it Ginnesin rekordu müəyyənləşdirib

19:5226 Sentyabr, 2023
67
DÜNYA
  • A

Oxu24.com UPI-yə istinadən  yazır ki, ABŞ-da 219 it "Pəncə Patrol" cizgi serialının nümayişinə qatılaraq Ginnesin rekordu müəyyənləşdirib.

Los-Ancelesdəki Qriffit Parkında açıq havada xüsusi nümayiş keçirilib. Tədbirdə unikal nailiyyəti qeydə alan Ginnesin Rekordlar Kitabının münsiflər heyətinin üzvü Maykl Eprik iştirak edib.

Kişinin sözlərinə görə, tədbirdə sahibləri ilə birlikdə 219 it iştirak edib. Bu, 2022-ci ilin oktyabrında film üçün 199 ev heyvanının toplandığı əvvəlki rekordu qırdı.

Tədbirin təşkilatçıları aksiyanın evsiz heyvanların problemlərini işıqlandırmaq məqsədi daşıdığını bildiriblər.

"Ümid edirəm ki, bu rekorddan sonra insanlar ilhamlanacaq və sığınacaqlardan itlər götürəcəklər",- deyə  təşkilatçılardan biri bildirib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nikol Paşinyan:
ATƏT sədri:
İvanişvili ABŞ dövlət katibinin müavini ilə görüşdən imtina edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR