Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95689
az

Fransa Aİ daxilində Çinə qarşı daha sərt yanaşma formalaşdırır

15:5226 Sentyabr, 2023
90
DÜNYA
  • A

Avropa Birliyinin (Aİ) Çinə qarşı yeni sərt yanaşması Parisin Çinin ticarət təcrübələrinin iqtisadiyyatın əsas sektorları üçün kritik təhlükə yarada biləcəyindən qorxduğu bir vaxta təsadüf edir.

Oxu24.com xəbər verir  ki,bu barədə Bloomberg mənbələrə istinadən yazır.

Mətndə Fransanın hərəkətsizliyin Aİ iqtisadiyyatı üçün uzunmüddətli perspektivdə itkilərə səbəb olacağına inanaraq, Pekinə qarşı siyasətin dəyişdirilməsində liderlik etdiyi vurğulanır.

“Çətinlik Pekinin Vaşinqtonla etdiyi kimi, Avropanın Çinlə illik 900 milyard dollarlıq ticarət əlaqələrini birbaşa döyüşə çevirmək deyil, dünyanın ən böyük iqtisadi blokları üçün bərabər şərait yaratmaqdır”, - deyə agentlik həmsöhbəti bildirib.

Anonim mənbə bildirib ki, Fransa prezidenti Emmanuel Makron Aİ tərəfdaşlarının Avropanı dünyanın iki iqtisadi fövqəldövləti arasında balanslaşdırıcı qüvvə kimi görməsini istəyir.

Əvvəllər bildirilirdi ki, Aİ liderləri batareyalar üçün Çinə həddən artıq güvənməkdən narahatdırlar. Bərpa olunan enerji mənbələrinə keçidlə əlaqədar olaraq, Avropanın enerji anbarına ehtiyacı kəskin şəkildə artacaq. Reuters sənədlərə istinadla yazır ki, eyni zamanda, AB elektrik avtomobilləri üçün vacib olan akkumulyatorlar və yanacaq elementləri istehsalında Çinə çox etibar edir.

Sənəddə qeyd olunur ki, oxşar vəziyyət rəqəmsal texnologiyalar sahəsində də yarana bilər. Bu, Aİ-nin iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün iqtisadiyyatını və kənd təsərrüfatını modernləşdirməsini çətinləşdirə bilər. Aİ liderləri Afrika və Latın Amerikası da daxil olmaqla Çindən asılılığın azaldılması yollarını müzakirə etmək niyyətindədirlər.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ