Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95683
az

İranın raket bazasını kim vurub?

14:5526 Sentyabr, 2023
113
DÜNYA
  • A

Çərşənbə axşamı, sentyabrın 26-na keçən gecə İranın qərbindəki Xürrəmabad şəhərində güclü partlayış baş verib.

Oxu24.com xəbər verir  ki,İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Tasnim xəbər agentliyi yaşayış məntəqələrində yüksək səslərin eşidildiyini, bir çox evdə divarların titrədiyini bildirib.


Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Eyni zamanda, agentlik şəhər daxilində heç bir partlayışın olmadığını bildirən yerli hökumət rəsmilərinin açıqlamalarına istinad edir. Zəlzələnin orijinal versiyasının təsdiqi də yoxdur.

Qeyd edək ki, Xürrəmabad şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İmam Əlinin adını daşıyan böyük raket bazası var. Bu gizli hərbi obyekt 2010-cu ilin oktyabrında onlarla insan itkisi ilə nəticələnən güclü partlayışa məruz qaldı.

Terrorla Mübarizə Mərkəzindən ABŞ-da yaşayan iranlı Yaxın Şərq alimi Erfan Fard kimi bəzi müşahidəçilər hadisənin İsrail Mossadının uğurlu əməliyyatı ola biləcəyini iddia edirlər.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər