Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95633
az

Ankara miqrasiya siyasətini sərtləşdirir

18:1424 Sentyabr, 2023
78
DÜNYA
  • A

Oxu24.com “Reuters”-ə istinadən xəbər verir ki, Ankaranın xüsusilə Suriyadan olan qaçqınlarla bağlı sərt siyasəti Avropa İttifaqına yeni miqrasiya dalğasının mümkünlüyü ilə bağlı narahatlıqlara səbəb olub.


İstanbulda yaşayan, lakin Türkiyənin digər bölgələrində qeydiyyatda olan suriyalı miqrantlar xüsusilə risk altındadır.

Bazar günündən etibarən onlar ölkənin ən böyük şəhərində rəsmi olaraq arzuolunmaz subyektə çevrilirlər.

Türkiyə hökuməti qaçqınları ölkənin müxtəlif bölgələrinə bərabər paylamağa çalışsa da, onların çoxu böyük şəhərlərə köçməyə üstünlük verib.

Ərdoğan dəfələrlə müxalifəti demaqoqluqda, populizmdə və qaçqınlar üzərində manipulyasiyada ittiham edərək, hökumətinin miqrant siyasətinin dəyişməz qalacağını vurğulayıb. Lakin seçki kampaniyası zamanı o, 1 milyon suriyalı qaçqının vətənə qaytarılmasına nail olacağına söz verib. Yeri gəlmişkən, Türkiyədəki bir çox suriyalı təkcə geriyə deyil, həm də Aİ ölkələrinə köçmək imkanını nəzərdən keçirir.

Bu hadisələr fonunda Kiprin daxili işlər naziri Konstantinos İoannou Aİ-ni qaçqınların repatriasiyası üçün Suriyada təhlükəsiz ərazilərin siyahılarını nəzərdən keçirməyə çağırıb.

Hazırda Aİ yalnız Tartus zonasını təhlükəsiz olaraq tanıyır, Dəməşq, Latakiya, Homs və Quneytra isə “aşağı zorakılıq” əraziləri kimi təsnif edilir.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı