Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95604
az

Kanada rusiyalı uşaqlara qarşı sanksiyalar tətbiq edib

17:0723 Sentyabr, 2023
86
DÜNYA
  • A

Kanada hökuməti Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Oxu24.com xəbər verir ki,bu dəfə siyahıya 42 fiziki və 21 hüquqi şəxs daxil edilib. O cümlədən, siyahıya Rusiya uşaq və gənclərin “Birincilər Hərəkatı” hərəkatı və Gənclər Ordusu daxildir.

Kanada Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakov, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov və MDBMİ-nin rektoru Anatoli Torkunova da məhdudiyyətlər qoyulub. Siyahıya politoloqlar Fyodor Lukyanov, Andrey Kortunov və Dmitri Trenin də əlavə ediblər.

Bu dəfə də rusiyalı uşaq və yeniyetmələrə qarşı sanksiyalar tətbiq edilib. Kanadanın yeni məhdudiyyətlər siyahısına Gənclər Ordusu, Rusiya uşaq və gənclərin "Birincilər Hərəkatı", "Vahid Rusiyanın Gənc Qvardiyası" hərəkatı və "Uşaqlar üçün ölkə" xeyriyyə fondu daxildir.Bundan başqa, MGIMO, Ali İqtisadiyyat Məktəbi, Rusiya Coğrafiya Cəmiyyəti, “Valday” klubu, BRİKS Tədqiqatları üzrə Milli Komitəsi, “Vzglyad” və “Komsomolskaya Pravda” nəşrləri.


Siyahıda idman gimnastikası üzrə olimpiya çempionu və gənclərin hərbi-vətənpərvərlik hərəkatının baş qərargahının rəhbəri Yunarmiya Nikita Naqornı, “Valday” klubunun icraçı direktoru Nadejda Lavrentyeva və “Vahid Rusiya”nın Gənc Qvardiyasının sədri Anton Demidov da var.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ