Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95421
az

İran ABŞ-la münasibətlərdə yeni “humanitar addımlar” atıb

23:2318 Sentyabr, 2023
92
DÜNYA
  • A

İran prezidenti İbrahim Rəisi etiraf edib ki, məhbusların mübadiləsindən sonra Vaşinqton və Tehran arasında münasibətlərdə yeni “humanitar addımlar” atıla bilər.

Oxu24.com xəbər verir  ki,Siyasətçinin BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gələrkən jurnalistlər qarşısında çıxışı zamanı dediyi sözləri Əl-Cəzirə telekanalı sitat gətirir.

“Bu, sırf humanitar aksiya idi. Təbii ki, bu, gələcəkdə digər humanitar addımların atıla biləcəyi bir addım olacaq”, - Rəisi bildirib.

Avqustun 10-da ABŞ və İranın əsirlərin mübadiləsi ilə bağlı razılığa gəldiyi məlum olub.

Daha sonra ABŞ Dövlət Departamenti məhbus mübadiləsi sazişi çərçivəsində Tehrana dondurulmuş 6 milyard dollarlıq aktivlərə çıxış imkanı verməsinə baxmayaraq, İrana qarşı sanksiyaları yumşaltmayacağına aydınlıq gətirib. Amerika Xarici Siyasət Departamenti qeyd edib ki, Vaşinqton İran hakimiyyəti tərəfindən insan haqları pozuntularına və xaricdə sabitliyi pozan hərəkətlərə qarşı durmağa davam edəcək.

Avqustun 18-də Vaşinqton və Tehran arasında əsir mübadiləsi çərçivəsində beş ABŞ vətəndaşı Qətər təyyarəsinə mindirilib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Boliviya prezidenti ilə danışıb
Türkiyənin Alanya şəhərində rusiyalı ölüb
Şoyqu haqqında məlumat Rusiya Təhlükəsizlik Şurasının saytında yer alıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər