Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95323
az

Slovakiya Ukrayna taxılının idxalına qoyulan qadağanın müddətini uzadıb

17:4916 Sentyabr, 2023
88
DÜNYA
  • A

Ukraynadan Slovakiyaya taxıl idxalına qoyulan qadağa 2023-cü ilin sonuna qədər qüvvədə qalacaq.

Oxu24.com RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

“Slovakiya hökuməti Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalına qoyulan qadağanı bu ilin sonuna qədər uzadıb”, - deyə məlumatda bildirilir.

Bir gün əvvəl Avropa Komissiyası Ukrayna taxılının regional birlik ölkələrinə idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib. Brüssel Kiyev öz öhdəliklərini yerinə yetirdiyi müddətcə qadağanı uzatmaqdan çəkinəcəyini vəd edib.

Sentyabrın 15-də Polşanın inkişaf və texnologiya naziri Valdemar Buda Ukraynadan ölkəyə taxıl tədarükünə qoyulan qadağanın müddətinin uzadılması haqqında sərəncam imzaladığını açıqlayıb.

Həmin gün Vladimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə AK-nin Ukrayna kənd təsərrüfatı məhsullarının Avropa İttifaqına idxalına məhdudiyyətləri uzatmamaq qərarına gəldiyinə görə minnətdarlığını bildirib. O, həmçinin qonşularının Ukraynadan taxıldan imtina etməsinə sivil cavab verəcəyini vəd edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb